Kateqoriyasız

Messi qərarını dəyişdi

Amerika kubokunun finalında Çiliyə məğlub olduqdan sonra milli komandadan getdiyini bildirən Leo Messi qərarını dəyişib.

İdmanxeber.com xarici KİV-lərə istinadən xəbər verir ki, “Barselona”nın futbolçusu yenidən millinin formasını geymək istədiyini bildirərək azarkeşləri sevindirib. Ölkəsinin mətbuatına danışan ulduz futbolçu bu sözləri söyləyib:

“Argentina futbolunda kifayət qədər problemlər var və mən də bu problemlərə yenisini əlavə etmək istəmirəm. Komandama əlimdən gəldiyi qədər kömək etmək istəyirəm. Kənardan tənqid etmək əvəzinə Argentina futbolunda çox şeyi düzəltməyə çalışmalıyıq. Çili ilə finaldan sonra fikrimdən millidən getməklə bağlı çox şeylər keçdi, amma bu ölkəni və formanı çox sevirəm. Mənim Argentina forması ilə davam etməyimi istəyən hər kəsə təşəkkür edirəm. Ümid edirəm yaxın zamanda onları sevindirəcək uğurlar qazanacağıq”.

Qeyd edək ki, Messi Argentina millisi komandasının heyətində ən çox qol vuran futbolçudu. 29 yaşlı ulduz meydana çıxdığı 113 qarşılaşmada 55 dəfə fərqlənməyi bacarıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43