16 Sentyabr 2024
Dünyadan

Messi yenə məhkəməlik oldu

“Barselona” ilə uğurları ard-arda sıralayan Lionel Messi yenidən vergidən yayınmaqda günahlandırılır.

İdmanxeber.com-un məlumatına görə, argentinalı ulduzun bu iddialara etirazı İspaniya məhkəməsi tərəfindən qəbul olunmayıb.

Messi 2006-2009-cu illərdə atası ilə birlikdə vergidən yayınmaqda ittiham olunmuşdu və argentinalı  4 milyon avronu faizi ilə birgə ödəmişdi.

Lakin görünən odur ki, məhkəmə bununla da kifayətlənmək niyyətində deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43