Dünya futbolu

“Milan” böyük səhvə yol verdi

İtaliyanın "Milan" klubu inanılmaz səhvə yol verib.

Belə ki, klub Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Lakin komandanın gənc ulduzu M`Baye Nianqın adını iştirak ərizəsinə salmaq yaddan çıxıb. Bu yanlışlıqa görə, futbolçu Çempionlar Liqasında çıxış edə bilməyəcək.

Buna  klubun rəsmisi Unberto Qandini səbəb olub. O, futbolçunun adını yaddan çıxardıb və səhvən siyahıya Stephan Əl Şaravinin adını daxil edib.

 

Artıq klub rəsmi saytı ilə bununla bağlı açıqlama yayıb: "Klubun təşkilatçısı Umberto Qandini bu səhvə görə bütün məsuliyyəti üzərinə götürüb. O, çox peşiman olub və "Milan" ailəsindən üzr istəyir".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43