Dünya futbolu

“Milan” “Vilyareal”ın futbolçusu ilə razılığa gəldi

“Vilyareal”ın futbolçusu Mateo Musakkio karyerasını “Milan”da davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, klublar artıq 26 yaşlı müdafiəçinin transferinin razılığını əldə edib. Məlumata görə, futbolçu yayda “Milan”a keçəcək. Musakkionun transferi üçün “Milan” “Vilyareal”a 25 milyon avro ödəyəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm “Vilyareal”ın heyətində 13 oyunda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43