Dünya futbolu

“Milan”dan ilk transfer

İtaliyanın “Milan” klubu ilk transferini rəsmiləşdirib.

Gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq “qırmızı-qaralar” “Vilyarreal”ın futbolçusu Mateo Musakkionun keçidini həll edib.

Belə ki, klub 26 yaşlı müdafiəçinin bu gün tibbi müayinədən keçdiyini açıqlayıb. Argentina millisinin üzvü ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağı bildirilib.

Mateo Musakkio “River Pleyt”in yetirməsidi. O, 2010-cu ildən İspaniya klubunun şərəfini qoruyurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43