Dünya futbolu

“Barselona” yeni baş məşqçisinin adını nə zaman açıqlayacaq?

“Barselona”nın prezidenti Jozep Bartomeu komandadakı baş məşqçi dəyişikliyinə münasibətini bildirib.

İdmanxeber.com-un məlumatına görə, o, bu barədə açıqlamasında yeni baş məşqçinin adına mayın 29-da aydınlıq gələcəyini bildirib.

“Klubun idarə heyətinin mayın 29-da iclası olacaq. Elə həmin gün də yeni baş məşqçinin adı açıqlanacaq.

Valverde? Onun komandaya gələcəyi barədə heç nə deyə bilmərəm. Amma bilirəm ki, onun müqaviləsi başa çatır”.

Xatırladaq ki, bir müddət öncə “Atletik”in baş məşqçisi Ernesto Valverdenin Kataloniya klubu ilə 2 illik müqavilə imzalayacağı barədə məlumat yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43