Dünya futbolu

“Milan”ın 1 nömrəli namizədi

“Milan” yayda heyətinə yeni forvard cəlb etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “rossoneri” əsas hədəfi Coşua Zirkzeedir. “Qırmızı-qaralar” “Bolonya”nın forvardını 3 yolla transfer edə bilər: Birbaşa 40 milyon avro ödəyərək, 30 milyon + Aleksis Salemakersi verərək ya da Lorenzo Kolombonu da əlavə edib qiyməti daha aşağı salaraq bu keçidi bitirməyə çalışacaq.

Xatırladaq ki, “Milan”ın hazırki əsas forvardı Olivye Jiru yayda MLS-ə gedəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43