“Beşiktaş” “Bayer”in forvardı Patrik Şiki yayda transfer etmək istəyir.
İdmanxeber.az “TRT Spor”a əsasən xəbər verir ki, “qara-qartal” bu mövsümü unutdurmaq üçün yayda heyətini gücləndirmək istəyir. Bugünkü heyətdən bir çox oyunçuyla yollar ayrılacaq.
İstanbul klubu Şikdən başqa Bundesliqada Dortmund “Borussiya”sında çıxış edən Salih Özcanla da maraqlanır.
Çexiyalı forvard Avropa Liqasının 1/8 mərhələsində “Qarabağ”la görüşlərdə təmsilçimizə 2 oyuna 3 qol vurub.