Dünya futbolu

“Fiorentina” Zanyolonu istəyir

“Fiorentina” hazırda icarə əsasında “Aston Villa”da çıxış edən Nikolo Zanyolonu transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı oyunçu oyunçu müqaviləylə “Qalatasaray”a məxsusdur. Onun İstanbul klubuyla 2027-ci ilin yayına qədər müqaviləsi var.

Zanyoloyla həmçinin “Atletiko Madrid”də maraqlanır.

24 yaşlı oyunçu bu mövsüm “Aston Villa”nın heyətində bütün turnirlərdə 31 oyuna çıxıb və 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43