Kateqoriyasız

“Milan”ın sabiq futbolçusu “Xəzər Lənkəran”da

Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplantısında olan “Xəzər Lənkəran”ın gözlədiyi seneqal əsilli fransız futbolçu Limam Seydi gəlib.

İdmanxeber.com-un məlumatına görə, cənub klubunun transfer etmək istədiyi hücumçu komandanın növbəti məşqlərində iştirak edəcək. Onunla bağlı yekun qərarı isə məşqmilər korpusu verəcək.

Qeyd edək ki, forvardın son klubu Macarıstanın “Nyirelhaza” komandası olub. O, “Milan”ın 19 yaşılardan ibarət komandasında da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43