Ölkə futbolu

Milinko Pantiç: “Hələ heç nə bitməyib”

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Rəvan"ın qonağı olan "Bakı" görüşü 1:0 hesabı ilə qalib başa vurub.
Oyundan sonra "Bakı"nın baş məşqçisi Milinko Pantiç görüşlə bağlı fikirlərini bildirib: "Çətin oyun oldu. "Rəvan" istənilən komanda üçün çətin rəqibdi. Mövsümün sonunda heç bir komandanın aşağı liqaya düşməyəcəyi barədə qərardan sonra "Rəvan" daha rahat oynayır. Bu gün bizə qarşı yaxşı nəticə qazanmaq üçün əllərindən gələni etdilər. Komandamın oyunundan razıyam. Yeganə çatışmayan şey ikinci qolu vura bilməməyimiz oldu. Hələ heç nə bitməyib. Bizi növbəti 90 dəqiqə gözləyir".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43