Ölkə futbolu

“Biz daha da güclənərək qayıdacağıq”

“Oyuna yaxşı başladıq. Qol epizodlarımız oldu. “Bakı” bir dəfə hücum etdi və o da qolla nəticələndi. İkinci hissədə daha çox risk aldıq. Başa-baş oyun keçdi. Hakim oyunu çox yaxşı idarə etdi. Sadəcə oyunun sonlarında bizim lehimizə penalti qərarı verilməli idi. Kubok oyunlarında bir qol çox əhəmiyyətli olur. Bu ki mərhələli oyundu. Gələn həftə cavab oyunu olacaq. Hələ heç nə bitməyib. İlk hissədə nümayiş etdirdiyimiz oyunla “Bakı”nı məğlub edə bilərik”.

Bu sözləri “Bakı” ilə oyundan (0:1) sonra “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar deyib. Türkiyəli mütəxəssis “Bakı”nın məğlubedilməz olmadığını bildirib: “Bakı” çox yaxşı oynayır. Ancaq məğlubedilməz komanda deyil. Biz onları məğlub edə bilərik. Bəzi zədəli, formada olmayan oyunçularımız var. Cavab oyununda daha fərqli bir komanda izləyə bilərsiz. Biz heç bir rəqibdən qorxmuruq. Biz daha da güclənərək qayıdacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43