Premyer Liqa

Milinko Pantiç: “İlk hissəni rəqibə “hədiyyə” etdik”

Topaz Premyer Liqasının 9-cu turuna “Qarabağ” – “Bakı” oyunu ilə yekun vuruldu. İlk hissədə rəqib qapısından 3 cavabsız top keçirən ağdamlılar yekunda 3 xalı qazanan tərəf oldu – 3:0.

Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Rəqibi təbrik edirəm, komanda oturuşmuş heyətə malikdir. Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top buraxdıq. İlk hissəni rəqibə “hədiyyə” etdik. İkinci hissədə özümüzə gəldik, Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı, top qapıdan keçmədi. İkinci hissədəki “Bakı” mən istəyən kimi oynadı. Yeni qurulan komandayıq, müdafiədə hər bir səhv bizə baha başa gəlir”.

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bizim üçün nəticə qazanmaq əsas idi. Rəqibi topsuz qoyduq. Bir-birindən baxımlı 3 qol vurduq, düşünülmüş hücumlar təşkil etdik. “Bakı” sürətli futbola üstünlük verir. Rəqib ikinci hissədə daha yaxşı oynadı, qol epizodları yaratdılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43