Kateqoriyasız

“Xəzər Lənkəran”da debütü uğursuz alınan futbolçu: “Biz bunu həmişə öz aramızda müzakirə edirik”

“Əvvəl-axır rəsmi bir oyunda debüt etməliydim ki, bu da “Rəvan”la oyuna təsadüf etdi. Əgər baş məşqçi yenə şans versə qarşıdakı turlarda da komandaya kömək etmək istəyirəm. Qərarı baş məşqçimiz verir”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın qapıçısı Duqlas Leyte deyib.

Cənub klubunun təcrübəli braziliyalısı “Rəvan”la edilən heç-heçə (1:1) haqda bunları dedi:

“Əvvəldən axırına kimi oyuna nəzarət bizim əlimizdə idi. Rəqibdən çox üstün oynadıq. Ancaq təəssüf ki, top qapıya girmək istəmədi. Bizim belə səviyyəli oyunçularımızkı var, sadəcə bəxtimiz gətirmədi. Biz həmişə öz aramızda bunu müzakirə edirik ki, necə olur bu qədər qol epizodundan yararlana bilmirik. Qarşıda vaxtımız olacaq ki, bu cür problemləri çözək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43