16 Sentyabr 2024
Ölkə futbolu

Millətlər Liqası: Azərbaycan İsveçə məğlub oldu – YENİLƏNİB

Bu gün Azərbaycan millisi Millətlər Liqasında mübarizəyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, C liqasının 1-ci qrupunda yer alan yığmamız İsveçlə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların qələbəsiylə başa çatıb – 3:1.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.

Millətlər Liqası, C liqası, 1-ci qrup

1-ci tur

5 sentyabr

20:00. Azərbaycan – İsveç 1:3

Qollar: Aleksandr İsak, 65 (0:1), Aleksandr İsak, 71 (0:2), Viktor Qyökeres, 80 (0:3), Renat Dadaşov, 81 (1:3)

Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 45+7 (Azərbaycan)

Hakimlər: Balazs Berke, Vencel Toth, Balazs Szert, Csaba Pinter (Macarıstan)

Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43