Dünya futbolu

Millətlər Liqasında “Dördlər finalı” bu ölkədə keçiriləcək

UEFA Millətlər Liqasında “Dördlər finalı”nın keçiriləcəyi ölkə bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, yarışa Niderland ev sahibliyi edəcək.

Turnirin yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda matç iyunun 18-də gerçəkləşəcək.

Püşkatma mərasimi yanvarda baş tutacaq. “Dördlər finalı”nda A Liqasında qrup qalibləri – Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları mübarizə aparacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43