19 Sentyabr 2024
Milli komanda

Milli Qəbələdə təlim-məşq toplanışı keçəcək

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 16-dan 24-dək Qəbələ şəhərində təlim-məşq toplanışında olacaq.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-18-in hazırlıq çərçivəsində yerli klublarla 2 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub.

Toplanışa dəvət olunan futbolçular aşağıda adları qeyd olunanlardır:

Həbib Hüşənov, Ziya Şəkərxanov (hər ikisi “Qəbələ”), Teymur Həsənov, Məsud Əlişanlı, Cavid Məlikov, Rəşad Alışov, Əliəkbər Rzazadə (hamısı “Qarabağ”), Aftandil Arıxov, Elnur Cabbarlı (hər ikisi “Sumqayıt”), Rafael Hüseynov, İsmayıl Ələkbərov (hər ikisi “Marcet” İspaniya), Əkbər Məhərrəmov, Seydi Danziyev, Ramin Əvəzov, Babamirzə Mehdiyev, Emin Feyzullayev, Əmir Əliyev (hamısı “Sabah”), Murad Mustafayev, Murad Məmmədov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Adıgözəl Əkbərov, Nazim Hüseynov (hər ikisi “Araz-Naxçıvan”), Fariz Hüseynov (“Səbail”), Nicat Quliyev (“Turan Tovuz”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43