“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Günün ilk yarısında baş tutan məşqdə əsas və U-21 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin də iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq.
Qeyd edək ki, sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 18:00-da başlanacaq.