Ölkə futbolu

Millimiz Avropa Super Finalında çıxış edəcək

Yığmamız Avropa nəhəngləri ilə eyni qrupda yarışacaq.

İdmanxeber.az-ın məlumatına görə, çimərlik futbolu üzrə Azərbaycan milli komandası 8 komandanın iştirakı ilə keçiriləcək Avropa Super finalına vəsiqə qazanıb. Bu mərhələnin oyunları sentyabrın 6-dan 9-dək İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində keçiriləcək.

 

Qrupların tərkibi aşağıdakı kimidir:
A qrupu: İspaniya, Portuqaliya, İsveçrə, Azərbaycan
B qrupu: Rusiya, Belarus, Ukrayna, İtaliya

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43