İdman

Millimiz beynəlxalq turnirdə 3-cü oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun Vitebsk şəhərində təşkil edilmiş beynəlxalq turnirdə iştirak edib.

İdmanxeber.com-un məlumatına görə, yığmamız turnirdə üçüncü yeri tutub. İlk oyunda Türkiyə yığmasına 1:2 hesabı ilə məğlub olan millimiz ikinci qarşılaşmada litvalı futbolçuları məğlub edib – 7:3.

Komandamız son oyunda Belarus yığmasına 3:4 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43