Milli komanda

Millimiz darmadağınla qalib gəldi

Bu gün  futzal üzrə milli komandamız dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda oyuna çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Tino Perezin rəhbərlik etdiyi millimiz pley-off mərhələsində Hollandiya ilə  ilk oyununa çıxacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 12-də Bakıda keçiriləcək.

22 mart

Dünya çempionatının pley-off mərhələsi, ilk oyun



23:00. Hollandiya – Azərbaycan – 1:5 
Qollar:
 Amadeu, 5 (0:1), El Qhannouti, 10 (1:1), Fineo, 13   (1:2), Auqusto, 28 (1:3), Amadeu, 29 (1:4), V. Borisov 31 (1:5)

Hakimlər: Ondrjey Çernı (Çexiya), Sedrik Pelissye (Fransa), Sven Ayxler (Almaniya)

Almere. "Topsportcentrum" arenası. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43