İdman

Millimiz dünya çempionatına qələbə ilə başladı

Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, millimiz Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Mərakeş yığması ilə qarşılaşıb. 

Futzalçılarımız 5:0 hesabı ilə qələbə qazanıb. Oliveira Villiams De Naskimentonun het-trik etdiyi oyunda hərəyə 1 dəfə Everton Cardoso və Thiago Bolinha fərqlənib.

Millimiz dünya çempionatında növbəti oyununu sentyabrın 15-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 16 sentyabr, saat 03:00) Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İspaniya yığmasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43