Milli komanda

Millimiz İspaniya ilə oyunda qələbəni əldən verdi

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında bu gün növbəti matçına çıxıb.

Joze Alesionun rəhbərlik etdiyi komanda İspaniya ilə qarşılaşıb.

Millimiz oyun ərzində 2 dəfə hesabda önə çıxsa da, üstünlüyü qoruya bilməyib. Yığma komanda ispanlara qalib gələ bilmədiyinə görə qrupdan çıxmaq şanslarını böyük ölçüdə itirib.

Alesionun komandasının növbəti mərhələyə vəsiqə qazanması üçün İspaniya Gürcüstana uduzmalı, millimiz isə Bosniya və Herseqovinaya böyükhesabla qalib gəlməlidi.

​​Yığma qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.

İspaniya – Azərbaycan 2:2
Qollar:
 Qomes, Lozano – Lozano, 10 (öz qapısına),  Atayev, 17


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43