Ölkə futbolu

Millimiz İsveçrəyə məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

İdmanxeber.az məlumat verir ki, millimiz B Liqasının I qrupunda “Dalğa Arena”da İsveçrə yığması ilə qarşılaşıb. Oyun komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu mayın 31-də səfərdə Türkiyə yığmasına qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43