16 Sentyabr 2024
Ölkə futbolu

Millimiz Lüksemburqa uduzdu

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Lüksemburqun qonağı olub və görüşdən məğlub ayrılıb – 0:2.

21:30. Lüksemburq U-21 – Azərbaycan U-21 – 2:0

Qollar: Leon Elşan, 21, 45+2-pen

Hakimlər: Dezir Qrunbaher, Matthias Sbrissa, Guillaume Maire, Anojen Kanagasingam (İsveçrə)

Emil Mayriş stadionu.

Xallar: Ukrayna – 18 (6 oyun), İngiltərə – 18 (7 oyun), Serbiya – 10 (7 oyun), Şimali İrlandiya – 6 (6 oyun), Lüksemburq – 4 (8 oyun), Azərbaycan – 3 (6 oyun)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43