Kateqoriyasız

Millimiz Sloveniyada ilk oyununda darmadağınla qalib gəldi

Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Idmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Sloveniyanın “Triglav” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb. Oruc İsmayılov, Kazım Birkan və Xəyal Əmirlinin hərəyə bir qol vurduğu oyunda bir dəfə avtoqol qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43