21 Dekabr 2024
Kateqoriyasız

Millimiz Tokio-2020-yə ilk lizensiyanı qazandı

Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, bu uğura atlet Anna Skidan imza atıb.

Çəkicatma növündə çıxış edən idmançımız Çinin Nanjinq şəhərində keçirilən “World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43