Milli komanda

Millimizdən böyük hesablı qələbə

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimiz yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, millimizin rəqibi birinci divizionda son mövsümü 8-ci pillədə başa vurmuş “Şuşa Qarabağ” olub. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilmiş matç 5:0 hesabıyla Yaşar Vahabzadənin yetirmələrinin xeyrinə başa çatıb.

Qarşılaşmada millimizin qollarına Kərim Benke (2), Elşən Abdullayev, Azər Salahlı və Məqsəd İsayev imza atıb.

Millimiz iyunun 17-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları yığmasının qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43