Kateqoriyasız

“Bakı-2015″in məşəli Respublika stadionunda

“Bakı-2015” I Avropa Oyunlarının məşəli Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, məşəli stadiona Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çatdırıb.

Respublika stadionu Oyunlar zamanı idmanın başqa bir növü – kamandan oxatma üzrə yarışlara ev sahibliyi edəcək. İyunun 16-dan 22-dək burada keçiriləcək yarışlarda 128 idmançı medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda “Sadko” limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43