İdman

Millimizdən imtina edən futbolçunun yeni klubu bəlli oldu

Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Ozancan Kökcü Türkiyənin “Bursaspor” klubundan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, Bursa təmsilçisi Ozanın Hollandiyanın ikinci liqa təmsilçisi “Valveyk”ə icarəyə verildiyini açıqlayıb. O, mövsümün sonunadək Hollandiyada çıxış edəcək.

Qeyd edək ki, Ozan “Bursaspor”a Hollandiyanın “Feyenoord” klubundan transfer olunmuşdu.

“Bursaspor”da Azərbaycanın əsas yığmasının hücumçusu Dəniz Yılmaz da çıxış edir. Onun da komandadan ayrılacağı gündəmdədir.

Əlavə edək ki, Ozancan Kökcü Azərbaycan yığmasında oynamaqdan imtina edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43