İdman

Almaniya mətbuatı Nazarova qiymət verdi

Almaniya mətbuatı millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue”nin futbolçularının II Bundesliqanın ilk dövrəsindəki çıxışını qiymətləndirib.

 İdmanxeber.com-un məlumatına görə, “TAG24” portalı fasiləyə qədər bütün oyunların ən azı 60 dəqiqəsini meydanda keçirən futbolçuları fərqləndirib. Millimizin üzvü Dmitri Nazarovun da adı siyahıda yer alıb. Ancaq onun çıxışı çox aşağı – 3,4 balla qiymətləndirilib. Buna isə yarımmüdafiəçinin “Regensburq”la oyunda qırmızı vərəqə alıb, qarşıdakı 3 görüşü buraxması səbəb olub. Qeyd edək ki, Nazarov birinci dövrədə Aue təmsilçisinin heyətində 15 oyun keçirib. Təcrübəli futbolçu 1280 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43