İdman

Millimizin Avropa çempionatındakı ilk sınağı

Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, komandamız Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşacaq. Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlayacaq  oyunu Angelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Cernidən (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43