Kateqoriyasız

Millimizin baş məşqçisinə UEFA-dan təyinat

21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşçisi Patrisiya Qonzales UEFA-dan təyinat alıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 2016-cı ilin may ayında Portuqaliyada 16 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunacaq UEFA İnkişaf turnirində Patrisiya Qonzales UEFA-nın texniki müşahidəçisi funksiyasını icra edəcək.

Turnirdə Portuqaliya, İspaniya, Belçika və Türkiyə yığmaları mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43