İdman

Millimizin çıxış edəcəyi qrup bəlli oldu

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında beynəlxalq turnir keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycanın U-19 yığması çıxış edəcək.  
8 komandanın  qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:


A qrupu: 
Azərbaycan, Slovakiya,  Uels, Macarıstan
B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43