Kateqoriyasız

Millimizin futbolçusu bu dəfə İspaniyada 90 dəqiqə oynadı

İspaniyanın ikinci liqasında 29-cu turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycna millisinin futbolçusu Eddi İsrafilovun komandası – “Kordoba” doğma meydanda “Luqo” ilə qarşılaşıb.

Matç yarımmüdafiəçimizin komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2. Eddi start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43