Dünya futbolu

Millimizin futbolçusu “Göztəpə” ilə danışıqlara başladı

Millimizin Dəniz Yılmazın klubu “Bursaspor”dakı taleyinə aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı hücumçu klubdan göndəriləcək. Türkiyə mətbuatının yaydığı xəbərə görə, “yaşıl timsahlar”ın yeni baş məşqçisi Pol Le Quen komandadan göndəriləcək futbolçularla bağlı qərar verib. O, 4 futbolçunun komandadan uzaqlaşdırılmasını rəhbərlikdən tələb edib. Həmin siyahıda intizamsız hərəkətlərinə görə əsas komandadan uzaqlaşdırılan Dəniz Yılmazın da adı var.

İddiaya görə, artıq Yılmaz Super Liqanın yeni klubu “Göztəpə” ilə danışıqlara başlayıb. Millimizin futbolçusunun yaxın günlərdə İzmir təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.  

Qeyd edək ki, Dəniz Yılmazın “Bursaspor”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43