Ölkə futbolu

“Sumqayıt” yeni mövsümün hazırlıqlarına start verdi

“Sumqayıt” 2017/18 mövsümü üçün hazırlığa start verib.

İdmanxeber.com-un məlumatına görə, “kimyaçılar” ötən gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında “Kapital Bank Arena”da mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib. Komanda yeni transferlər də daxil olmaqla tam heyətlə hazırlaşıb. Yalnız bərpa prosesi keçən müdafiəçi Vaquf Güləliyev fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, “Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də “Səbail”ə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43