Kateqoriyasız

Millimizin hücumçusu Portuqaliya klubunda – Rəsmi

Millimizin hücumçusu Renat Dadaşov karyerasını Portuqaliyada davam etdirəcək.

İdmanxeber.az-in məlumatına görə, forvard “Tondela” klubuna keçib. Klub 22 yaşlı hücumçunu 1 mövsümlük icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu gün tibbi müayinədən keçən futbolçunun sabahdan komanda ilə məşqlərə qoşulacağı bildirilib.

Qeyd edək ki, Dadaşov müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsusdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43