Kateqoriyasız

Millimizin hücumçusu Türkiyə kubokunda qol vurdu

Türkiyə kubokunda növbəti turun oyunları keçirilir.

Azərbaycan milli komandasının üzvü Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” “Bucak Bld Oguzhanspor”la qarşılaşıb. Sivas təmsilçisi zəif rəqibini darmadağın edib – 5:0.

Millimizin hücumçusu bu matçda əsas heyətdə meydana çıxıb və komandasının ikinci qolunun müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43