Kateqoriyasız

Millimizin oyunları eyni saatda

Avropa çempionatının ilkin seçmə mərhələsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın hər üç oyunu eyni vaxtda – saat 16:00-da başlayacaq.

Qeyd edək ki, oyunlar Macarıstanda keçiriləcək.

10 noyabr, saat 16:00

Macarıstan – Azərbaycan

12 noyabr, saat 16:00

Slovakiya – Azərbaycan

15 noyabr, saat 16:00

Azərbaycan – Sloveniya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43