Milli komanda

İtaliya – Azərbaycan oyunu 50 avroya

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək İtaliya – Azərbaycan matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, Palermoda keçiriləcək matç üçün satışa çıxarılan ən ucuz biletin qiyməti 10, ən bahalının isə 50 avrodur.

Qeyd edək ki, oktyabrın 10-da “Renzo Barbera” stadionunda keçiriləcək İtaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43