İdman

Millimizin qrupunda İspaniya və İran qarşılaşıb

Futzal üzrə dünya çempionatında millimizin yer aldığı “F” qrupunun digər qarşılaşmasında İran və İspaniya yığmaları üz-üzə gəliblər. 

İdmanxeber.com-un məlumatına görə, yığmamızın rəqiblərinin duelində sevinən tərəf ispanlar olub.

Belə ki, qarşılaşma pireneylilərin böyükhesablı qələbəsi ilə yekunlaşıb. İran millisinə heç bir şans verməyən İspaniya meydanı 5:1 hesablı qalibiyyətlə tərk edib.

İspaniya növbəti matçını sentyabrın 15-də Azərbaycan millisinə qarşı keçirəcək.

Qeyd edək ki, yığmamız mundialdakı ilk görüşündə Mərakeşi 5:0 hesablı məğlubiyyətə uğradıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43