Dünya futbolu

Millimizin rəqibi dünya çempionatı üçün heyətini açıqlayıb

Belçika millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, siyahıda 26 futbolçu yer alıb.

Qapıçılar: Tibo Kurtua (“Real Madrid”, İspaniya), Simon Minyole (“Brügge”), Kun Kastels (“Volfsburq”, Almaniya)

Müdafiəçilər: Tibo Alderveyreld (“Antverpen”), Yan Vertongen (“Benfika”, Portuqaliya), Zeno Debast (“Anderlext”), Vaut Fas, Timoti Kastan (“Lester”, İngiltərə), Artür Teate (“Renn” Fransa), Toma Mönye (“Borussiya” Dortmund, Almaniya)

Yarımmüdafiəçilər: Yannik Karrasko, Aksel Vitsel (hər ikisi “Atletiko” Madrid, İspaniya), Leander Dendonker (“Aston Villa”, İngiltərə), Amadu Onana (“Everton”, İngiltərə), Yuri Tilemans (“Lester”, İngiltərə) Hans Vanaken (“Brügge”), Eden Azar (“Real Madrid”, İspaniya), Leandro Trossard (“Brayton”, İngiltərə)

Hücumçular: Romelu Lukaku (“İnter”, İtaliya), Dris Mertens (“Qalatasaray”, Türkiyə), Şarl de Ketelare (“Milan”, İtaliya), Jeremi Doku (“Renn”, Fransa), Mişi Batşuayi (“Fənərbağça”, Türkiyə), Loi Openda (“Lans”, Fransa)

Qeyd edək ki, Belçika millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Xorvatiya, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43