Dünya futbolu

Millimizin rəqibi yoxlama oyunu keçirəcək

AÇ-2020-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Uels yığması yoldaşlıq görüşü keçirəcək. 

Rayan Giqqzin komandası Trinidad Tobaqo millisi ilə qüvvəsini sınayacaq. Görüş martın 20-də Uelsin Reksem şəhərində keçiriləcək.

Uelsin qrupda ilk oyunu martın 24-də evdə Slovakiyaya qarşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43