Dünyadan

Millimizin rəqibi Yeni Zelandiya ilə qarşılaşacaq

Şimali İrlandiya yığması DÇ-2018-in seçmə mərhələsində millimizlə matç öncəsi yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Maykl Onilin rəhbərlik etdiyi komanda Yeni Zelandiya ilə qarşılaşacaq. Okeaniya təmsilçisi ilə matç millimizlə oyundan 8 gün əvvəl – iyunun 2-i keçiriləcək.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya görüşü iyunun 10-u oynanılacaq. İlk oyunda britaniyalılar millimizi 4:0 hesabı ilə darmadağın etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43