l Divizion

Millimizin sabiq üzvü rəsmən “Araz Naxçıvan”da

“Araz Naxçıvan” PFK heyətini daha bir futbolçu ilə gücləndirib. İlk dövrədən sonra I Divizionun lideri olan “qırmızı-ağlar” mövsümün birinci yarısını Türkiyənin “Kamramanmaraşspor” komandasında keçirən Fərid Quliyevi rənglərinə bağlayıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb. Artıq bu gün baş tutan məşqdə Fərid Quliyev də iştirak edib.

Qeyd edək ki, Fərid Quliyev 1986-cı il yanvarın 6-da doğulub. Peşəkar karyerasına 2003/04 mövsümündə Bakı “Dinamo”sunda başlayan Quliyev sonradan “Qarabağ” (2005/06), “Bakı” (2006-2008), “Muğan” (2008), “Standart” (2009/2010), “Neftçi” (2010-2012), “Simurq” (2011), “Turan” (2012), “Kəpəz” (2013) kimi komandaların şərəfini qoruyub. 2009/10 mövsümündə forvad 16 qolla Azərbaycan çempionatının bombardiri olub. Maraqlısı odu ki, Premyer Liqada Fərid sonuncu dəfə bombardir olan azərbaycanlı futbolçudu. 2010-cu ilə o, milliyə də dəvət olunub və keçirdiyi 7 oyunda bir qola imza atıb.(arazpfc.com)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43