Premyer Liqa

“Qəbələ” liderliyə yüksəldi, “Neftçi”, “Bakı” və “İnter” qalib gəldi – YENİLƏNİB

Premyer Liqada XIX tur davam edir. Bu gün keçiriləcək 5 matçla XIX tura yekun vurulacaq.

Turun ilk oyunu dünən Sumqayıtda keçirilməli idi. Lakin hava şəraiti ilə əlaqədar meydan sahiblərinin “Qəbələ” ilə görüşü bu günə təxirə salınıb.

Komandalar duelə fərqli məqsədlər üçün çıxacaqlar. Mövsümdə yeganə qələbəsini Yuri Syominin yetirmələri üzərində qazanan “Sumqayıt” son pillədən qurtulmağa çalışacaq. Qonaqlar isə turun açılış oyununda “Qarabağ”ın “Xəzər Lənkəran”a məğlub olmasından maksimum yararlanmaq istəyirlər. "Qəbələ" bu matçda qələbə qazanarsa, zirvəyə yüksələcək.

“Neftçi”nin də zirvəni ələ keçirmək şansı var. Bunun üçün “Qəbələ”ə “Sumqayıt”a qalib gəlməməli, "Ağ-qaralar” isə “Simurq”u məğlub etməlidirlər.

Xatırladaq ki, oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. Matç 14:00-da başlanacaq.

Günün digər 2 oyunu paytaxt klublarının iştirakı ilə reallaşacaq. Belə ki, “Bakı”ı “Rəvan”ı, “İnter” isə AZAL-ı qəbul edəcək.

Premyer Liqa XIX tur

2 fevral

“Bakı” – “Rəvan” 5:1
Qollar: Cavid Hüseynov, 10, 
Risto Ristoviç, 20, Junior Vİlson, 49, Rauf Əliyev, 67, Aleksandr Soliç, 80, Tyaqo de Souza Berezza, 90

 “Neftçi” – “Simurq” 3:0
Qollar: Nfor, 60, 85, Cavid İmamverdiyev, 70

“Sumqayıt” – “Qəbələ” 0:3
Qollar: Viktor Mendi, 3, Lorenzo Ebesilio, 51, Leonardo da Silva, 57

“İnter” – AZAL 2:1
Qollar: Abdulla Abatsiyev, 6, Nedo Turkoviç, 49, Ruslan Əmircanov, 84

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43