Kateqoriyasız

Millimizin üzvlərindən etiraz aksiyası: “Bakı-2015″dən imtina edə bilərlər

Bakıda cüdo üzrə Azərbaycan yığmasının üzvləri aksiya keçiriblər. İdmançılar məvaciblərinin artıq üç aydı ki, verilmədiyini bildiriblər.

Onlar Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb ediblər.

Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edib.

Azərbaycan Gənclər və İdman Nazirliyi məsələyə münasibətini bildirib. Qurumun mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Federasiya idmançılarla görüşərək onların tələblərini dinləyəcək.

Elmar Qasımov onların federasiya ilə bağlı problemlərinin olduğunu bildirib. “Bir neçə dəfə federasiya rəhbərliyi ilə görüşlər keçirmişik. Bizə söz verirlər ki, hər şey həll olunacaq. Ancaq ortada bir nəticə yoxdu. Nə təlim məşqlərinə göndərirlər, nə maaşlarımızı verirlər. qidalanmamız yaxşı deyil. Biz təlim məşqlərini artıq öz hesabımıza getməyi fikirləşirik”.

Məvaciblərini ala bilmədiklərinə görə, etiraz aksiyası keçirən cüdoçularımız bu yay Bakıda təşkil olunacaq Avropa Oyunlarında iştirak etməmək ehtimalının olduğunu bildiriblər. (Anspress)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43