Kateqoriyasız

Millimizin üzvü Bundesliqa klubunun hədəfində

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov karyerasını Almaniyanın Bundesliqasında davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçimiz Bundesliqa klublarının birində çıxış edə bilər. Bu haqda məlumatı Almaniya mətbuatı yayıb. Məlumatda Nazarovla maraqlanan klubun adı qeyd edilməyib.

Qeyd edək ki, Dmitri Nazarov 2013-cü ildən “Karlsrue”də çıxış edir və mövsümün sonunda klubla müqaviləsi başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43