Kateqoriyasız

“Kəpəz” məşqləri bərpa etdi

“Kəpəz” iki günlük istirahətdən sonra bu gün məşqləri bərpa edib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubu Azərbaycan Premyer Liqanın 33-cü turunda səfərdə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyuna hazırlaşır.

“Sarı-göylər” paytaxtda məşq edir. Mayın 5-də Bakıda hazırlığı tamamlayacaq komanda bir gün sonra Lənkərana yollanacaq. “Kəpəz” qarşıdakı oyunöncəsi son məşqini matça ev sahibliyi edəcək Lənkəran şəhər stadionunda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43